Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:25

AMERİKA AZƏRBAYCANA GÖNDƏRMƏYƏ SƏFİR TAPMIR


Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov hesab edir ki, hazırda Azərbaycanla ABŞ arasında heç bir problem yoxdur. Ə.Əhmədov aprelin 8-də deyib ki, iki ölkə arasındakı münasibətləri müsbət qiymətləndirir:

«ABŞ rəsmiləri dəfələrlə deyiblər ki, bir necə ölkədə səfirləri yoxdur. Yəqin ki, adam tapmırlar, tapanda göndərəcəklər. Bu, ABŞ-ın işidir. Amerikanın Bakıda səfirliyi var. Səfirin olmamasını səfirliyin olmaması kimi qiymətləndirmək olmaz». / Media Forum /

GƏLİN QAYINANASINI DƏYƏNƏKLƏ ÖLDÜRDÜ

Masallının Ərkivan qəsəbəsində 33 yaşlı Fərqanə Bürhan qızı İsmayılova qayınanası, 46 yaşlı Gülqədəm Hüseyn qızı Abdinovanın baş nahiyəsindən rezin dəyənəklə vuraraq onu qətlə yetirib. Bir uşaq anası olan F.İsmayılova həbs olunub. Xəbəri «APA»nın cənub bürosuna Masallı rayon Prokurorluğundan veriblər.

Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

QIZ ÜSTÜNDƏ BIÇAQLANMA

Aprelin 7-si, axşam saatlarında Bakıda tələbələr arasında kütləvi dava baş verib. Yasamal rayon Polis İdarəsindən «APA»ya verilən məlumata görə, hadisə 28-ci Polis Bölməsinin ərazisində qeydə alınıb. 10-15 tələbənin iştirak etdiyi davada 4 nəfər bıçaqlanıb. Onlardan ikisi ağır bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkənlərin əməliyyat olunduğu bildirilir. Kütləvi davada iştirak edənlərin əksəriyyəti Azərbaycan Texniki Universitetinin tələbələridir. İlkin ehtimala görə, hadisə qız üstündə baş verib.

HAFİZ HACIYEVİN ETİRAZ AKSİYASI

Müasir Müsavat Partiyası aprelin 9-da keçirdiyi yığıncaqda ATƏT-in və Avropa Şurasının (AŞ) Bakı ofislərinin fəaliyyətini müzakirə edib. Partiyanın bəyanatında deyilir ki, «Müasir Müsavat Partiyası olaraq biz bütün bu səpgidən olan neqativ hallara dəfələrlə öz etirazımızı bildirmişik. Əfsuslar olsun ki, həmin qurumlar öz ənənələrini heç vaxt pozmayıblar. Bu gün də parlament seçkisinə aylar qalmış yenə də siyasi partiyalar arasında ayrı-seçkilik aparmaqla öz antidemokratik əməllərini sərgiləməkdədirlər».

Müasir Müsavat Partiyası qərara alıb ki, bu təşkilatların ofisləri qarşısında etiraz aksiyası keçirəcəklər.
XS
SM
MD
LG