Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

Qırğızıstanda matəm günüdür


Bu gün Qırğızıstanda matəm günüdür.

Hazırda ölkədəki keçid hökumətinə rəhbərlik edən Roza Otunbayeva Bişkekdə kütlə qarşısında çıxış edərkən, aprelin 7-də ölənləri milli qəhrəman adlandırıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin verdiyi son məlumata görə aprelin 7-də təhlükəsizlik qüvvələriylə nümayişçilər arasında baş vermiş toqquşmalarda 79 adam ölüb.

Bəzi məlumatlara görə yeni hakimiyyət prezident Kurmanbek Bakiyevin toxunulmazlıq statusunu ləğv etmək üçün konstitusiyaya düzəliş edir.

Keçid hökumətinin nümayəndələri bundan əvəl bildirmişdilər ki, əgər prezident Kurmanbek Bakiyev istefa versə onun təhlükəsizliyinə təminat veriləcək.

Bakiyev Rusiya mətbuatına müsahibəsində bu məsələni müzakirə etməyə hazır olduğunu bildirsə də, yeni hakimiyyət hələlik onunla əlaqəyə girməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG