Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:57

Bakiyevin oğlanlarına və qardaşına cinayət işi açıldı


Qırğzğstan prezidenti Kurmanbek Bakiyevin oğlanları Marat və Maksim, qardaşı Canıbek Bakiyevə qarşı aprelin 9-da cinayət işi başlanıb. Bu barədə Qırğızstanda müvəqqəti hökumətin baş prokuroru vəzifəsini icra edən Baytemir İbrayev məlumat verib.

O deyib ki, həmin adamlar qətllərdə və qətlə cəhddə ittiham olunurlar. Əsas kimi də hələlik şahid ifadələri götürülür. Bakiyevin oğlanları və qardaşı haqqında artıq həbs qərarı da verilib.

Başqa bir cinayət işi də Bişkek şəhərinin merinə qarşı qaldırılıb. İddialara görə paytaxtda talanları merin yaxın adamları təşkil ediblər.

Bakiyevin oğlanlarının harda olduqları məlum deyil. Maksim aprelin 6-da Qırğızıstan nümayəndə heyətinin rəhbəri kimi ABŞ-a uçmalı idi. Amma hələ məlum deyil ki, o, Qırğızıstanı tərk edə bilib, yoxsa, yox.

Dövlət Təhlükəsizlik Xidmətinin və prezident qvardiyasının rəhbəri olan Canuşin isə Calalabad şəhərində qardaşı ilə birlikdə olduğu guman edilir.

Qazaxıstanın baş naziri Karim Masimov bildirib ki, qonşu Qırğızıstanda zorakılıqlar zamanı həlak olanların ailələrinə və bu Qırğzıstanın təhlükəsizlik qüvvələrinə humanitar yardım verəcəklər.

ATƏT-ə sədrlik edən Qazaxıstan parlamentinin vitse-spikeri də hazırda Bişkəkdədir.

Aprelin 6-7-də hökumət qüvvələri ilə müxalifət fəalları arasında toqquşmalarda rəsmi məlumata görə 75 nəfər həlak olub.
XS
SM
MD
LG