Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34
Birləşmiş Ərəb Əmirliklərində keçirilən populyar şeir müsabiqəsinin finalı gözlənilməz nəticə ilə başa çatıb.

Seçmə mərhələdə oxuduğu şeirdə ruhanilərin sərt fitvalarına qarşı üsyan edən Səudiyyə Ərəbistanından olan evdar qadın Hissa Hilal proqnozlara baxmayaraq birinci ola bilməyib.

Amma 4 uşaq anası olan şairə üçüncü yeri tuta bilib və təxminən 800 min dollar mükafat alıb.

Birinciliyi isə küveytli şair Nasir əl-Əcəmi qazanıb.

Ona çatan mükafatın dəyəri 1,4 milyon dollardır.

Hissa Hilal öz üsyankar şeirində xüsusən qadınlara qarşı ayrı-seçkiliyə yol verən fitvalara etiraz edirdi.

Bundan sonra onun ünvanına ölüm hədələri səslənmişdi. (Daha ətraflı burda oxu)

"BBC"

Günün bütün mövzuları

XS
SM
MD
LG