Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:09

Bişkekdə prezidentin ailə üzvlərinin və məmurların əmlakı dağıdılır


Bişkekdə yalnız Bakiyevin özünün və ailə üzvlərinin, həmçinin də məmurların əmlakı dağıdlır. Bunu Qırğızıstan paytaxtında xarici şirkətlərdən birində məsləhətçi kimi işləyən Qərb ölkələrdən birinin vətəndaşı deyib. Təhülkəsizliyinə görə adının çəkilməməyini xahiş edən həmin iş adamı vəziyyəti bu cür izah edib:

- Talançılar əsasən xüsusi hədəfləri seçirlər. Kiçik biznes və xırda əmlak sahiblərinə demək olar ki, toxunmurlar. Amma keçmiş prezident Bakiyevin və onun oğlunun mülkü dağıdlıb. Amma məsələn, Ağ Evin lap yaxınlığında yerləşən və Tsum adlanan böyük ticarət mərkəzinə dəyməyiblər. Burda adamlar həmin ticarət mərkəzini Bakiyevə yaxın adamlardan heç biri ilə bağlamırlar. Talançılar hökumətə yaxın adamlarla bağlı olan konkret əmlakları xüsusi amansızlıqla dağıdırlar.
XS
SM
MD
LG