Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:40

Müxalifət Bakiyevlə danışıqlar planlaşdırmır


Qırğızıstanda özünü hökumət elan etmiş müxalifət liderləri qovulmuş prezident Kurbanqulu Bakiyevlə danışıqlar aparmaq planları olmadığını deyiblər.
Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva Bakiyevdən yenə də istefa verməyi tələb edib.

Dünən ölkənin cənub şəhərlərindən birində olduğunu deyən Bakiyev isə rəqibləri ilə dialoqa hazır olduğunu, amma istefa verməyəcəyini, hələ də xalqın seçdiyi dövlət başçısı olduğunu bildirib.

Son bir neçə gündə hökumət qüvvələri ilə müxalifət fəalları arasında toqquşmalarda 75 nəfər həlak olub. Bu gün ölkədə ikigünlük matəm mərasimləri başlayıb.

Müvvəqqəti hökumət iqtisadi yardım xahişi ilə Moskvaya xüsusi nümayəndə heyəti göndərib.

Avropa Birliyinin Xarici Əlaqələr komissraı bildirib ki, böhranın aradan qaldırılmasına kömək üçün aprelin 10-da Qırğızıstana özünün xüsusi nümayəndəsini göndərəcək.

ABŞ-ın Qırğızıstandakı səfirliyi də bu gün işləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG