Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Rəhbər üçün seçim: boyun vurmaq, ya baş saymaq?


Andre Morua
Andre Morua
Andre Morua əsl adı Emil Erzoq olan fransız yazıçısıdır. O, 1885 – ci ildə Ruan yaxınlığında, bir müəssisə sahibinin ailəsində doğulub. Kornelin adını daşıyan Ruan litseyini bitirib. Litseyi bitirdikdən sonra atasının fabrikinin rəhbərlərindən biri olub. Birinci dünya müharibəsində Britaniya ekspedisiya korpusunda tərcüməçi olub. İkinci dünya müharibəsi başlayanda 54 yaşlı yazıçı orduya könüllü yazılıb.

Fransanın məğlubiyyətindən sonra o ABŞ-a köçüb və bir sıra tarixi, publisistik əsərlər yazıb. 82 illik həyatında yüzlərlə kitab, minlərlə məqalə işləyib. Morua özünün fəlsəfi, etik, siyasi və estetik baxışlarını daha dolğun “ İnamım nəyədir” essesində ( 1951) ifadə edib. Aşağıda “ İnamım nəyədir” essesindən Moruanın siyasi baxışlarını diqqətinizə çatdırırıq.

ANDRE MORUA "İNAMIM NƏYƏDİR" (ESSEDƏN BİR PARÇA)

Sivilizasiya “sehirlənmiş” qalalara oxşayır. Nə qədər ki biz onlara inanırıq onlar mövcud olacaqlar.

Əgər bütün ölkələrin vətəndaşları beynəlxalq təşkilatları qəbul etsələr, onlar güclü qüvvə ola bilərlər.

Hesab edirəm ki, müasir dövrdə bütün yazıçıların, alimlərin və hökumət nümayəndələrinin borcudur ki, insanları belə təşkilatların yaranmasının vacibliyinə inandırsın.

Biz hal-hazırda yer kürəsinin mövcud olub olmaması sualı qarşısında dayanırıq.

Ya əl - ələ tutacağıq ya da bir – birimizi atom müharibələri ilə əzəcəyik.

O ki qaldı, daxili siyasətə, mən insan hüquqlarının və demokratiyanın müdafiəsinə iki səbəbdən inanıram.

Birincisi, mən hesab edirəm ki, azadlıq olmayan yerdə cəmiyyət üzvünün xoşbəxtliyindən və insan şərəfindən söhbət gedə bilməz.

Polis nəzarəti altında yaşamaq, hər kiçik səsdən diksinmək, həbslərdən, öldürülməkdən, artıq söz işlətməkdən qorxmaq, daima

ÖZ FİKİRLƏRİNİ GİZLƏTMƏK - BU HƏYAT DEYİL

İkincisi isə mən hesab edirəm ki, azadlıq – dövlət gücünün girovudur. Totalitar rejim sanki zəif sütunlar üzərində qurulub.

Totalitar rejimdəkilər yalnız təbliğata, istənilən münaqişə rüşeymlərini tapdamalarına, siyasi fəaliyyətin gizliliyi və sürətinə minnətdar olmalıdırlar ki, güclü görünürlər.

Totalitar rejim yalnız zəif ruhlu romantiklərin başlarını fırladır və onlar tiranı xilaskar görürlər.

Azad ölkədə hakimiyyətin qərarı hər zaman tənqidə məruz qalır. Bu tənqid sərtdir, bəzən hətta ədalətsizdir amma xeyirlidir.

O səhvləri düzəltməyə kömək edir. Tiran isə heç vaxt səhvlərini düzlətmir çünki həmişə yaltaqların səsini eşidir.

Bəs azadlığı müdafiə vasitəsi nədir? Bu barədə təəssüf ki heç nə deyə bilmərəm.

Bir çox ölkələrinin bir çox sakinlərinin bu gün yaşadıqları dəhşət və narahatlıq vəziyyəti xalqların xoşbəxtliyinə xidmət edən əsas vasitəni – qanunları qaytarmalı olduğumuzu xatırladır.

Əlbəttə, istənilən cəmiyyətdə qanun – qaydanı qoruyan polisə ehtiyac var və

ƏLBƏTTƏ POLİS ZƏRİF DAVRANMAMLIDIR

Lakin insan özünü yalnız müəyyən qanunlarla təhlükəsizlikdə hiss edə bilir. Mən inanıram ki, bu qanunlara hörmət etmək lazımdır və məhz onlara sadiq olan cəmiyyətlər daha uzun müddətli yaşayır.

Mən o ölkəni azad və ya demokratik adlandırıram ki, azlıq, seçkilər yolu ilə qazanılmış çoxluğun hakimiyyətini qəbul edir və bilir ki, hakimiyyətə gəldikdən sonra çoxluq bütün vətəndaşların maraqlarına nəyə inanmalarından asılı olmayacaq hörmət edəcək.

Kiplinq deyirdi, “ idarəetmənin iki qaydası var – insanların boynunu vurmaq ya da onların başını saymaq” . Boyun vurmaq yolu ilə gedən dövlətlər təcavüz yolu ilə gedir.

Bir qrup həmfikirlər silahlanmış bandaya və ya rəhm bilməyən polisə arxalanıb siyasi rəqiblərinə elə qorxu təlqin edə bilərlər ki, onlar səhnədən çıxa bilərlər.

Bir diktatorun ətrafında qatil kompaniyası yığışır, onlara anlaşılmazlıqdan partiya deyilir, baxmayaq ki onlar daha çox canavar dəstəsinə oxşayırlar.

Qədim və yeni tarix şahiddir ki,

BELƏ İDARƏETMƏ ÜSULU QƏDDAR, ZƏİF VƏ QISA MÜDDƏTLİDİR

Ədaləti unudan təkhakimiyyətli idarəçi öz ətrafında dağıntılar törədir və qan çayları axıdır.

Hər şeyi bacarmaq ona qüvvə verir hətta onun təbiətində düzlük varsa da. Qoy özü lap müqəddəs olsun amma onun varisi mütləq vəhşi olacaq. Bu cür sistem yüzlərlə dəfə sınaqdan keçirilib amma hər dəfə iş uğursuzluqla nəticələnib.

Sezar və Napoleon nadir ağıllı və geniş ürəkli insanlar olublar.

Amma Sezarı öldürdülər, qələbələrlə məşhurlaşmış Napoleon isə Fransanı məğlubiyyətə gətirib çıxardı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG