Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:36

İrana qarşı yeni sanksiyalar müzakirə olunub


BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya Nyu Yorkda İrana qarşı yeni sanksiyaları müzakirə ediblər.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin görüşdə “pozitiv təkliflərin” müzakirə edildiyini söyləyib. O, problemin həlli üçün hələ də diplomatik vasitələrdən yararlanmağa çalışdıqlarını dilə gətirib.

Danışıqlarda iştirak edən 6 dövlətin nümayəndəsi gələn həftə yenidən görüşməyə razılaşıblar.

XS
SM
MD
LG