Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:13

Məcburi köçkünlər üçün Masazırda 15 hektar torpaq sahəsi ayrılıb


Əli Həsənov
Əli Həsənov
Bakı şəhərində məskunlaşan məcburi köçkünlərin bir qisminin köçürülməsini təmin etmək məqsədilə binaların tikintisi üçün artıq torpaq sahəsi ayrılıb.

Lent.az-ın məlumatına görə, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP qərargahında keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, artıq Masazır ərazisində bir yer ayrılıb və komitə həmin ərazidə məcburi köçkünlər üçün bina tikilməsinə razılaşıb. Təxminən 15 hektar ərazidən ibarət həmin torpaq sahəsində 12-13 doqquzmərtəbəli binanın tikintisi nəzərdə tutulur.

«Hazırda Bakı şəhərində 216 min məcburi köçkün yaşayır. Bu insanlar 262 yataqxanada, 75 pansionat-sanatoriyada, 40 yarımçıq tikili və digər ictimai binalarda məskunlaşıb. Həmin binalarda məskunlaşanların hamısı elə bilir ki, 216 min əhali birdən köçürüləcək. Amma bu il bir, maksimum iki yataqxana köçürülə bilər» - deyə, Əli Həsənov bildirib.

Təxminən 15 hektar ərazidən ibarət həmin torpaq sahəsində 12-13 doqquzmərtəbəli binanın tikintisi nəzərdə tutulur
Komitə sədri Bakıda bina tikintisi üçün torpaq ayırma prosesinin uzanmasına da münasibət bildirib:

«Proses ona görə uzandı ki, bizə torpaq ayrılmışdı. Lakin biz razılaşmadıq, çünki ora şəhər mərkəzindən çox uzaqda yerləşir və orada məskunlaşdırılan məcburi köçkünlər iş yerlərini itirə bilərlər. Biz bir problemi həll edərkən ikinci problemin yaranmasını istəmirik. Ona görə də biz o torpaqlardan imtina etdik və yeni torpaq yeri axtardıq».

Əli Həsənov köçürülmənin konkret olaraq hansı yataqxanalardan başlanacağına aydınlıq gətirməyib. Onun sözlərinə görə, köçürülmə ilk növbədə təhsil müəssisələrinin yataqxanalarından başlanacaq. Onun sözlərinə görə, Bakı, Abşeron və Sumqayıt şəhərlərində bəzi yerlərdə məskunlaşan məcburi köçkünlər üçün də bina tikintisinə torpaq sahəsi ayrılıb: «Artıq Pirəküşkül ərazisində 22 hektar götürülüb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG