Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:25

Türkiyə və Azərbaycanın xarici işlər nazirləri zəngləşiblər


Türkiyə informasiya vasitələrinin yaydığı məlumata görə, Əhməd Davudoğlu söhbət zamanı Elmar Məmmədyarova birinci müavini Firudin Sinirlioğlunun Yerevan, eləcə də baş nazir Rəcəb Tayyip Ərdoğanın Fransa səfərləri və Dağlıq Qarabağa dair aparılan müzakirələr barədə məlumat verib.

Türkiyə XİN rəhbəri həmişə vacib görüşlərdən əvvəl və sonra azərbaycanlı həmkarı ilə telefon əlaqəsi saxladığını da bildirib.

Firudin Sinirlioğlun həmçinin Türkiyə baş nazirinin xüsusi elçisidir.
O, aprelin 7-də Ermənistana səfər edərək Rəcəb Tayyip Ərdoğanın məktubunu prezident S. Sarkisyana çatdırıb.

Bu gün isə o, Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubu Bakıya gətirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG