Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:22

Eynulla Fətullayevin narkotik ittihamı ilə bağlı məhkəməsi başlayır


Bu gün Qaradağ rayon məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin işi ilə bağlı məhkəməyə hazırlıq iclası keçiriləcək. Prosesə hakim İsmayıl Xəlilov sədrlik edir.

“Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə həbs olunub. Terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmaqda təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

2009-cu il dekabrında isə saxlandığı 12 saylı cəzaçəkmə yerində Eynulla Fətullayevin üstündən narkotik maddə olan heroin tapılıb. Bundan sonra ona qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb. Bu günkü məhkəmə prosesində bu ittiham araşdırılacaq.

Beynəlxalq hüquq müdafiə təşkilatları Eynulla Fətullayevin həbsini qanunsuz sayır, Azərbaycan hökumətindən onu azadlığa buraxmağı tələb edir.

XS
SM
MD
LG