Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:57

Avropa Birliyi Azərbaycan torpaqlarının işğalını diqqətdə saxlamalıdır


Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəhbəri Ketrin Eştonun Türkiyə-Ermənistan protokollarını ratifikasiya etməyə çağıran bəyanatına münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib ki, Azərbaycan Avropa Birliyinin Ermənistan iqtisadiyyatına yardım istəyini anlayışla qarşılayır, amma birlik balanslı siyasəti qorumaq üçün bu ölkənin Azərbaycan torpaqlarını qanunsuz işğal etməsi faktını daima diqqət mərkəzində saxlamalıdır.

Elxan Poluxov qeyd edib ki, ümidvarıq ki, xanım Eşton regionda yaranmış vəziyyəti və Azərbaycan ərazilərinin qanunsuz işğalı faktını daima diqqət mərkəzində saxlayacaq.

XS
SM
MD
LG