Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:48

Pakistanda prezidentin səlahiyyətləri məhdudlaşdırılır


Pakistan parlamentinin aşağı palatası bu gün prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasıyla bağlı ölkə konstitusiyasına edilmiş düzəlişi qəbul edib.

İndi qanun layihəsini Senat da təsdiq etməlidir.

Bu düzəlişlərdə prezidentin səlahiyyətlərinin böyük bir hissəsinin baş nazir və parlamentə verilməsi nəzərdə tutulur.

Qanun layihəsini indiki prezident Asif Əli Zərdari də dəstəkləyib.

Bundan əvvəlki hərbi rejim dövründə bütün hakimiyyət prezidentin əlində idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG