Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:53

AB-i Qırğızıstanda qayda-qanunu bərpa etməyə çağırıb


Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəhbəri Ketrin Eşton Qırğızıstanda baş vermiş çevrilişdən sonra ölkədə qayda-qanunu bərpa etməyə çağırıb.

O qarşıdurmanın dayanmasını alqışlayıb, amma növbəti qurbanlara yol verilməməsi üçün tezliklə qayda-qanunun bərpasının vacibliyini vurğulayıb.

Ketrin Eşton bildirib ki, Avropa Birliyi ölkədə sabitliyi bərpa etmək üçün Qırğızıstana təcili yardım göstərəcək, region ölkələri ilə əməkdaşlıq edəcək.
XS
SM
MD
LG