Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:34

Almaniya ədəbiyyatı Azərbaycana gəldi


Sərgidə 1945-ci ildən bu yana mükafatlandırılan 12 yazıçıdan 7-nin 50-yə yaxın kitabı nümayiş olunur
Sərgidə 1945-ci ildən bu yana mükafatlandırılan 12 yazıçıdan 7-nin 50-yə yaxın kitabı nümayiş olunur
«Bu gün mən çox məmnunam ki, biz «Almaniya ədəbiyyatı Azərbaycana gəlir» adlı layihəyə başladıq. İstərdim ki, Azərbaycanın Almaniyadakı səfirliyi də Berlində belə bir tədbir keçirsin və həmin sərgi «Azərbaycan ədəbiyyatı Almaniyaya gəlir» adlansın».

Bu sözləri Almaniyanın Azərbaycandakı səfiri cənab Per Stankina aprelin 8-də M.F.Axundov adına Milli Kitabxanada düzənlənən «Almandilli ədəbiyyatın Nobel mükafatçıları –1945-ci ildən sonra» adlanan sərginin açılışında söylədi.

Səfir çıxışında 1945-ci ildən bu yana Nobel mükafatına layiq görülmüş almandilli yazıçılar barədə ətraflı bilgi verdi və onların yaradıcılıq özəlliklərindən danışdı:

«Təkcə Hünter Qras və Henrix Böll təmiz alman ədibləridir. Bu səbəbdən ortaya çıxan nəticə belədir ki, Nobel mükafatları ilə nəinki ədiblər, hətta almandilli məkan da mükafatlandırılmışdır».

Sərgidə 1945-ci ildən bu yana mükafatlandırılan 12 yazıçıdan 7-nin 50-yə yaxın kitabı nümayiş olunur. Həmin yazıçılar bunlardır: Herman Hesse (1946), Nelli Zaks (1966), Henrix Böll (1981), Elias Kanetti(1981), Günter Qras (1990), Elfride Yelinek (2004), Herta Müller (2009).

Almaniyanın Azərbaycandakı səfiri Per Stankina
Milli kitabxananın foyesində bu yazıçılar barədə geniş məlumat verən plakatlar, onların şəkilləri, söylədikləri kəlamlar və təbii ki, kitabları sərgilənir.

Və bir maraqlı nüans: Sərgidə Hünter Qrasın qrafik əsərləri də nümayiş olunur. Cənab səfirin bildirdiyinə görə, Qras hazırda İstanbuldadır. Çünki bənzər layihə Türkiyədə də keçirilir:

«Bu kitablar sərgidən sonra Almaniya səfirliyinin hədiyyəsi kimi Milli Kitabxanada qalacaq».

Sərginin açılışında Milli Kitabxananın direktoru Kərim Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Sevda Məmmədəliyeva, Manhaym Universitetinin rektoru Hans Volfhanq Arndt, Azərbaycan-Almaniya Cəmiyyətinin sədri Çingiz Abdullayev, «Dünya Ədəbiyyatı» dərgisinin redaktoru Səlim Babullaoğlu, Avstriya Respublikası və İsveçrə Konfederasiyasının səfirləri də iştirak edirdilər.

Sərgi 10 gün davam edəcək.

Almaniyanın Azərbaycandakı səfirliyi ötən il də Milli Kitabxanada «Əsəd bəyin yalnızlığı» (Qurban Səid) adlı sərgi təşkil etmişdi.
XS
SM
MD
LG