Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:05

Azərbaycanlı taekvandoçu qızıl medal qazanıb


İranın paytaxtı Tehranda taekvando üzrə 22-ci “Fəcr” beynəlxalq turniri keçirilib.

74 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı Elvin Məmmədov finalda erməni rəqibi Levon Paşabezyana qalib gələrək qızıl medal qazanıb.

54 kq çəki dərəcəsində mübarizə aparan Samir Aydınov isə güçüş medal qazanıb.

Azərbaycanı turnirdə 11 idmançı təmsil edib.
XS
SM
MD
LG