Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35
Türkiyədə Gəlir İdarəsi 2009-cu ildə cu ilin gəlir vergisi bəyannamələri araşdıraraq ən çox vergi verən 100 nəfərin siyahısını elan edib.

Cnn Türk telekanalının yaydığı məlumata görə ən çox gəlir vergisi ödəyənlərin sırasına bu il iş adamı Aydın Doğan başçılıq edir. O, keçənilki siyahıda ikinci idi. 2009-cu ildə Aydın Doğan gəlirindən 19 161 631 türk lirəsi (10 milyon manadan çox) vergi kimi dövlətə ödəyib.

Türkiyənin sənət dünyasını da ən çox vergi ödəyənlərin siyahısında dörd nəfər təmsil edir.

Teleaparıcı Acun Ilıcalı 2 668 432 lirə (təxminən 1.5 milyon manat) vergi ödəyərək siyahının 45. ci sırasında qərar tutub. Aktyor Mehmet Ali Erbil təxminən 1.3 milyon manat, aktyor Cem Yılmaz 900 min manatdan çox vergi ödəyib. Siyahının 98. ci sırasında yer tutan teleaparıcı Beyazıt Öztürk isə 840 min manata yaxın vergi ödəyib.

Daha ətraflı "Korrupsiometr" saytında oxuyun.

Günün bütün mövzuları

XS
SM
MD
LG