Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:27

Səfirliyin məlumatı: «Azərbaycan vətəndaşlarından zərər çəkən yoxdur»


«Qırğızıstan olaylarında heç bir Azərbaycan vətəndaşı zərər çəkməyib». «Media forum» saytı xəbər verir ki, Xarici İşlər Nazirliyinə Azərbaycanın Qırğızıstandakı səfirliyindən belə deyiblər.

XİN-in mətbuat katibi Elxan Poluxov «Media forum»a bildirib ki, məlumatlar səfirliyin aprelin 8-i günorta saatlarına qədər apardığı araşdırmalara əsaslanır:

«Araşdırmalar davam edir. Səfirliyin şəraiti normaldır, heç bir problem yoxdur. Azərbaycan vətəndaşlarından səfirliyə heç bir müraciət olunmayıb».

Qırğızıstanda aprelin 6-da başlayan qanlı qarşıdurmalarda 75 nəfərin öldüyü, 1000-nə yaxın insanın xəsarət aldığı haqda bilgilər var.

MÖVZUNU BURADA ŞƏRH EDİN

Günün bütün mövzuları

XS
SM
MD
LG