Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:49

ABŞ və Rusiya prezidentləri jurnalistlərə açıqlama verirlər


ABŞ və Rusiya prezidentləri Praqada strateji hücum silahlarının ixtisarı ilə bağlı yeni müqavilə imzaladılar.

Əvvəlki müqavilənin müddəti ötən ilin dekabrından birmişdi.

Yeni müqaviləyə görə tərəflər 7 il ərzində nüvə silahlarının 1/3-ni ixtisar etməlidirlər.

Prezidentlər imza mərasimindən sonra birgə mətbuat konfransı keçiriblər.

Barak Obama deyib ki, Vaşinqtonla Moskva Birləşmiş Ştatların Avropada hava hücumlarından müdafiə sistemi qurmaq planıyla bağlı müzakirələri davam etdirmək qərarına gəliblər.

İranın nüvə proqramına gəldikdə isə liderlər bildiriblər ki, İranın hakim dairələri bu sahədə beynəlxalq aləmlə əməkdaşlıqdan imtina etdiyinə görə cavabdehlik daşımalıdır.

Rusiya prezidenti Dimitri Medvedev BMT-nin təhlükəsizlik şurasında İrana qarşı yeni sanksiyaların müzakirəsinin vacibliyini qeyd edib.

ABŞ prezidenti Barak Obama səfər çərçivəsində 11 Şərqi və Mərkəzi Avropa ölkəsinə də baş çəkməlidir.

XS
SM
MD
LG