Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:25

Dublinlilər indi elliklə bir kitabı oxuyur


Oskar Uayld
Oskar Uayld
İrlandiyanın paytaxtı Dublində yaşayan ədəbiyyatsevərlər, 2006-cı ildən bəri hər il aprel ayında həyata keçirilən “Dublin: Bir Şəhər, Bir Kitab” lahiyəsinə start verirlər.

Təyin edilmiş ayda bir yazarın bir kitabı oxunur və müzakirə edilir.

Bu il irlandiyalı yazar Oskar Uayldın “Dorian Grayın Portreti” adlı əsəri oxunur.

Uayldın qısa hekayələrindən biri əsasında ilk dəfə olaraq teatr tamaşası da göstəriləcək.

“Irish Times” qəzeti və “Penguin Nəşrləri”nin də dəstəklədiyi mərasim, hər il paytaxt sakinlərinin tək bir kitaba fokuslanaraq, əsərin geniş çərçivədə qiymətləndirilməsi məqsədini daşıyır.

“Dorian Qreyin portreti” əsərinin çapı (1891) cəmiyyətdə qalmaqal yaradıb.

İngilis ədəbi tənqidi romanı "mənəviyyatsız əsər" adlandırıb. Bəziləri isə hətta kitabın qadağan olunmasını, müəllifin isə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Uayldı ictimai əxlaqı təhqir etməkdə günahlandırıblar.

Amma adi oxucular romanı heyranlıqla qarşılayıblar.

Əsərdə rəssam Bezil Holluord Dorian Qrey adlı bir yaraşıqlı gəncin portretini çəkir.

Portret o qədər gözəldir ki, Dorian ondan gözünü çəkə bilmir. Hətta öz portretinə vurulur.

Amma eyni zamanda portretinin paxıllığını çəkməyə başlayır. Çünki Doriandan fərqli olaraq portreti “öz gəncliyini” həmişə qoruyub saxlaya bilkəcəkdi.

Dorian isə bunun əksini istəyir, daim gənc olmaq üçün o hətta ürəyini İblisə satmağa da hazırdı. Və onun bu arzusu həyata keçir...

Beləliklə də əsərin baş qəhrəmanı - əbədi olan daxili zənginlik yox, keçici olan zahiri gözəllik ardınca qaçır.

www.kultaz.com

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG