Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:20

Çin İranla bağlı müzakirələrə qatılacağını təsdiqləyib


Çin İrana qarşı yeni mümkün sanksiyaların qoyulmasını nəzərdə tutan bu günkü görüşə qatılacağını təsdiqləyib. Aprelin 8-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya bir araya gələcək.

Çinin XİN Jiang Yu bildirib ki, onlar müzakirələrə qatılacaqlar, çünki Pekin İranın mübahisəli nüvə proqramı məsələsində «dialoq və məsləhətləşmələrə inanır».

İndiyə kimi Çin yeni sanksiyalarla bağlı müzakirələrə qatılmaqdan imtina etmişdi.

Qərb ehtiyat edir ki, İran nüvə silahı hazırlaya bilər. İran isə proqramının dinc məqsədli olduğunda israrlıdır.
XS
SM
MD
LG