Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:23

Kurmanbey Bakiyev istefa vermək niyyətində deyil


Qırğızıstan müxalifəti hökumətə nəzarət etdiyini və ölümlə nəticələnən toqquşmadan sonra parlamenti buraxdıqlarını deyib.

Aprelin 7-də Bişkekdə təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarları arasında toqquşma olub, azı 65 nəfərin öldüyü bildirilir.

Müxalifət lideri Roza Otunbayev hazırda müvəqqəti hökumətə rəhbərlik edir və növbəti 6 ay ərzində - yeni konstitusiya layihəsi hazırlanana kimi hökumətə rəhbərlik edəcək : «Biz müvəqqəti hökumət olaraq, prezident, parlament, eyni zamanda hökumətin vəzifəsini icra edirik».

Müxalifətin məlumatına görə prezident Kurmanbey Bakiyev hazırda ölkənin cənubundakı Cəlal-Abad şəhərindədir və istefa vermək niyyətində deyil.

Prezident tərəfdarlarının paytaxt istiqmətində hərəkət etdiyi də bildirilir.
XS
SM
MD
LG