Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

20 nazirlik işçisi vəzifəsindən azad edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ünvanlı Dövlət Sosial Yardımlarının verilməsi ilə bağlı apardığı araşdırmalar nəticəsində 20 nəfər tutduğu vəzifədən azad edilib.

Bu barədə Nazirliyin mətbuat xidmətinin rəisi Elnur Kələntərli məlumat verib.

Onun sözlərinə görə, 2006-cı ildən 146 araşdırmalar aparılıb. Nəticədə Nazirliyin müvafiq şöbələrinin 200 nəfərə yaxın əməkdaşına töhmət verilib, 20 nəfər isə tutduğu vəzifədən azad edilib.

Elnur Kələntərli bildirib ki, aparılmış araşdırmalar nəticəsində 227 min 375 manat artıq hesablanan məbləğ aşkarlanaraq dövlət büdcəsinə geri qaytarılıb.

Nazirliyin sözçüsü hazırda araşdırmaların davam etdirildiyini bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG