Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41
Yeni Azərbaycan Partiyasının sədri müavini, partiyanın icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenilənmiş Madrid prinsiplərinin Azərbaycan tərəfindən ümumilikdə qəbul olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu qərara ikili mövqenin olmasını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar konfidensial xarakter daşıyır. Təbii ki, bu özünü danışıqlar prosesində ortaya çıxan məsələlərin müzakirəsi ilə bağlı məsələlərdə də göstərir. Bu mənada indi danışıqlar masasına konkret hansı təkliflərin qoyulduğu barədə fikir söyləmək düzgün olmazdı. Çünki bir halda ki, bu, müzakirə predmetidir və bu müzakirələr konfidensial gedir, detallarına varmaq məqbul deyil. Amma bütövlükdə danışıqlar prosesində Azərbaycan tərəfinin iştirakının məntiqi fəlsəfəsi tamamilə aydındır. Bu barədə prezident İlham Əliyev mövqeyini açıq şəkildə bəyan edib ki, istənilən halda danışıqlar prosesi Azərbaycanın işğal altında olan torpaqlarının tamamilə qaytarılması və məcburi köçkün vəziyyətinə düşmüş insanların öz yurdlarına qaytarılması ətrafında gedir. Ermənistan tərəfi yeniləşdirilmiş Madrid prinsiplərinə sərt münasibət göstərdiyi halda, Azərbaycan bu prinsiplərin danışıqların bundan sonrakı mərhələsi üçün əsas olaraq qəbul oluna biləcəyi mövqeyini bəyan edib. Yeniləşdirilmiş Madrid prinsiplərinin kökündə dayanan məqamlar Azərbaycanın ədalətli mövqelərinin daha əsaslı şəkildə əks etdirməyə imkan verir.

- Ancaq müxalifət Madrid prinsiplərinin Azərbaycan tərəfindən qəbul olunmasına etiraz edir. Bunun üçün əsaslar varmı?

- Azərbaycan müxalifətinin davranışında uzun illərdir, müşahidə etdiyimiz bir reallıq var. Bu da ondan ibarətdir ki, iqtidar nə edirsə, müxalifət mahiyyətinə varmadan birmənalı şəkildə buna qarşı çıxır. Güman edirəm ki, Madrid prinsiplərini müxalifət mövqeyindən tənqid etmək də müxalifətin özü üçün qəbul etdiyi həmin prinsipə əsaslanır. Əgər Azərbaycan hakimiyyəti bu prinsiplərə müsbət mövqe bildiribsə, onda müxalifət instinktiv olaraq buna etiraz edir. Mən bilmirəm, müxalifətin bu etirazları səsləndirməyə kifayət qədər arqumenti varmı? Qeyd etdiyim kimi, danışıqlar konfidensal gedir və inanmıram ki, danışıqların detalları barədə müfəssəl məlumatlar olsun. Belə olmayan halda, Azərbaycan tərəfdən danışıqlar prosesində iştirak edən insanlar yeni prinsiplərin Azərbaycanın mövqeyini əks etdirdiyini bəyan edirlərsə, müxalifətin bunun əksini söyləməsi üçün əsaslar yoxdur. Müxalifət daha çox hay-küy, iqtidarın siyasətinə qarşı çıxmağa meylli olduğunu ifadə etməyə çalışır.

- Qarabağ məsələsi ümummilli problemdir. Mümkündürmü ki, hakimiyyət bu məsələni bütün siyasi qüvvələr və müxalifətlə bir masa arxasında müzakirə etsin, danışıqların detallarını onlara açıqlansın, onların da məsələnin mahiyyətindən xəbərləri olsun?

- Mən belə hesab edirəm ki, bu, məhz belə də olmalıdır. Ümummilli məsələlərdə müxalifət, iqtidar mövqeyində dayanmaq düzgün deyil. Biz dəfələrlə bu barədə öz mövqeyimizi ortaya qoymuşuq. Siyasi mübarizə ümummilli məsələlər üzərində həyata keçirilməməlidir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, baxmayaraq, müxalifət də ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirməyə hazır olduğunu bəyan edir, konkret fəaliyyətə gələndə bu bəyanatlarla davranışları arasında əhəmiyyətli fərqlərin olduğu ortaya çıxır. İndinin özündə də biz bunu müşahidə etməkdəyik. Dağlıq Qaradağ münaqişəsi ilə əlaqədar danışıqlar prosesinin strukturu və xarakteri məlumdur. Hər dəfə deyilib ki, danışıqlar prosesində hər iki tərəfin razılaşmaya gəldiyi zaman bütün qüvvələrlə müzakirələr aparılacaq. İndiki məqamda hələ tərəflər arasında müzakirələr gedirsə, o zaman ölkə daxilində aparılacaq müzakirələr prosesə zərər verə bilər. Ümumi rəy yarananda hər iki tərəf öz xalqı ilə məsləhətləşəcək və xalqın iradəsi əsasında da son qərar veriləcək. Tərəflər arasında tam razılaşma əldə edilməyibsə, bununla bağlı müzakirə aparmaq mənasızdır.

- YAP dəfələrlə bəyanat verərək ATƏT-in Minsk qrupunun fəaliyyətini pisləyib. Bu bəyanatların həmsədrlərin fəaliyyətinə hər hansı təsiri varmı?


- Bu bəyanatlar təkcə bizim partiyanın qənaət deyil, bütün cəmiyyətdə formalaşmış rəydir. YAP bunu qəti şəkildə ifadə etməklə həmsədrlərə Azərbaycan xalqının rəyini çatdırır. Əslində, belə mövqelərin açıq ifadə olunması son dövrlərdə Minsk qrupunun fəallaşmasına təsir göstərib. Amma bütövlükdə əgər 18 illik fəaliyyəti nəticəsində Minsk qrupu münaqişəni həll edə bilməyibsə, onun barəsində müsbət fikir səsləndirmək mümkün deyil. Bu qrupun fəaliyyətində nöqsanlar var. Bunlardan biri odur ki, Minsk qrupu vasitəçilik missiyasını üzərinə götürərkən münaqişənin səbəbləri və kökləri barədə açıq fikir bildirməyib. Əgər təcavüz varsa, o zaman təcavüzkar da var. O zaman təcavüzkarın adı çəkilməlidir. Minsk qrupu təcavüzkarın adını çəkməməklə, üzərinə götürdüyü missiyanı əngəlləmiş olur. Mən güman etmirəm ki, bizim tənqidlərimiz bütövlükdə onların fəaliyyətinin dəyişdirilməsi üçün ən ciddi və təsirli vasitədir. Amma hesab edirəm ki, vasitələrdən biridir.

FƏRDİ QAYDADA NAMİZƏDLİYİNİ İRƏLİ SÜRƏCƏK YAP-ÇILARIN SAYI NİYƏ AZALACAQ?

«MÜXALİFƏTİN BİRLƏŞMƏZLİK SİNDROMU VAR»


YAP YETKİLİSİ AXCP SƏDRİ ƏLİ KƏRİMLİNİN «THE WASHINGTON POST»DAKI MƏQALƏSİNƏ NƏ DEDİ?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG