Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:36

«Amerika qəzetində Əli Kərimlinin apardığı təşviqat ona Azərbaycan seçicilərindən nə divident gətirəcək?»


- AXCP sədri Əli Kərimlinin «The Washington Post» qəzetində məqaləsinin çap olunmasını necə qiymətləndirirsiniz?

- Siyasətlə məşğul olan şəxs üçün iki halda faciəvi sonluq olur. Onun biri öz tərəfdarlarını bütünlüklə itirməkdir. Bundan ağır faciə isə o zaman baş verir ki, ölkə daxilində, seçicilər arasında tərəfdarlarını itirirsən və ölkədən kənarda dayaq axtarmağa başlayırsan. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan müxalifətində bu iki faciəli cəhət özünü göstərir. Müxalifət ölkə daxilində nüfuzunu itirib, bunu kompensasiya etmək üçün isə mümkün ola biləcək ən pis yolu seçir, xaricdən özlərinə dayaq axtarırlar. Mənim müşahidə etdiyim digər bir meyl də var. Azərbaycan üçün seçkilər ərəfəsində müxalifətin bəzi təmsilçilərinin ölkədən kənarda olan və Azərbaycana qarşı işləyən qüvvələrlə təmasları artır. 2005-ci ilin parlament seçkiləri ərəfəsində Əli Kərimlinin ətrafında olan Ruslan Bəşirlinin ermənilərlə əməkdaşlıq barədə müzakirələr aparıb, maliyyə dəstəyi almaq barədə razılaşmaları yəqin hamının yadındadır. Qarşıdan yenə seçkilər gəlir, bir neçə günün içərisində uzun illər unudulmuş Əli Kərimli birdən-birə qısa vaxtda iki dəfə «The Washington Post» qəzetində çıxış edir. Bu o zamana təsadüf edir ki, Ermənistana kömək etməkdən ötrü həm Türkiyə, həm da Azərbaycana açıq təzyiqlər edilir. Əli Kərimli isə sanki bu kampaniyanın iştirakçısı olur. Azərbaycanın Ermənistanla Türkiyə arasında sərhədlərinin açılmasında mövqeyinin dəyişdirilməsi üçün təzyiqlərin olduğu heç kimə sirr deyil. Belə olan məqamda Azərbaycana qarşı əsassız ittihamlarla və qərəzlərlə dolu bir müsahibənin qəzetdə verilməsi açıq-aydın Azərbaycana qarşı olan təzyiqlərin tərkib hissəsi kimi başa düşülməlidir. Buna ayrı cür qiymət verilməsi mümkün deyil. Bu yazı nə üçün bir il, iki il əvvəl verilmirdi? Çünki Azərbaycana indi təzyiq etmək lazım idi. Zamanı yetişəndə Azərbaycanın əleyhinə istifadə etmək üçün Azərbaycanda insan axtarıb tapmaq lazım olanda, müxalifətdən belə adamlar tapılır. Hesab edirəm ki, müxalifətçiliyindən və qeyri-müxalifətçiliyindən asılı olmayaraq, hər bir vətəndaşın milli təəssübkeşliyi olmalıdır. Əli Kərimli Amerikanın prezidenti olmayacaq. Onun siyasi ambisiyalarının həyata keçiriləcəyi yeganə məkan Azərbaycandır. O ambisiyaların həyata keçirilməsi üçün yeganə həlledici şərt də Azərbaycan xalqının iradəsidir. Amerika qəzetində Əli Kərimlinin apardığı təşviqat ona Azərbaycan seçicilərindən nə divident gətirəcək? Bunun bir mənası var, ermənilərə kömək məqsədilə həyata keçirilən siyasətə dəstək vermək. Bu dəstəyi də verir. Əgər o, müxalifətçiliyi Azərbaycanın milli maraqlarına qarşı çıxmaq, xarici təzyiqlərə qoşulmaq kimi başa düşürsə, Azərbaycan vətəndaşları bundan nəticə çıxarmalıdırlar.
XS
SM
MD
LG