Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

H. Əliyev adına zavodda həyəcan


Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna bomba qoyulması barədə polisə anonim zəng olub. Bu barədə «APA»ya Nizami rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, aprelin 7-dən 8-ə keçən gecə, Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edən naməlum şəxs Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib.

Daxil olan məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb və zavodda axtarış tədbirlərinə başlanıb. 2 saat davam edən axtarışlar nəticəsində məlumat təsdiqini tapmayıb.

Həyata keçirilən araşdırmalar nəticəsində anonim zəngin Xətai rayonu ərazisində yerləşən taksofonların birindən edildiyi müəyyənləşib. Hazırda polis yalan məlumat verən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG