Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

Qırğızıstan müxalifəti prezidentin ölkədən getdiyini deyir


Qırğızıstan müxalifətinin liderləri prezident Kurmanbek Bakiyev və onun hökumətini istefa verməyə çağırıblar.

Müxalifət ölkədə ötəri hökumət yaradıldığını deyir.

Müxalifət liderlərindən biri Temir Sarıyev prezident Bakiyevin artıq ölkədən getdiyini deyir.

Amma bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təstiqlənməyib.

Digər müxalifət lideri Omurbek Tekebayev isə televiziyayla xalqa müraciətində bugünkü toqquşmalarda 100-ə yaxın nümayişçinin öldürüldüyünü deyib.

Səhiyyə nazirliyi isə azı 30 nəfərin öldüyünü, 180-ə yaxın adamınsa yaralandığını bildirir.

Müxalifət dövlət televiziyasının ardınca, parlamentin binasını da ələ keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG