Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Zəfər Quliyev: «İldən-ilə, seçkidən-seçkiyə vəziyyət pisləşir»


Zəfər Quliyev

Zəfər Quliyev

«ABŞ–ın Azərbaycana səfir təyin etməməsi narahatlıq və sual doğuran məsələdir». Bunu politoloq Zəfər Quliyev deyib. «İşdən sonra»da ATƏT–in, Avropa Şurasının və Avropa İttifaqının parlament seçkiləri ilə bağlı planlarından danışılıb.

Zəfər Quliyev:

- Təəssüflə bildirmək lazımdır ki, beynəlxalq təşkilatlar, Qərb ölkələri və daxildə müxalifət partiyaları seçkidən-seçkiyə işləyirlər. Beynəlxalq təşkilatları başa düşmək olar, lakin bu ritm ona gətirib çıxarır ki, proseslər yaxşılaşmaq yerinə ildən-ilə, seçkidən-seçkiyə vəziyyət pisləşir. Azərbaycanda seçkilər formal prosedura çevrilib. İndiki vəziyyətdə hətta fəal formada seçki prosesini dəyişmək artıq gecdir. Beynəlxalq təşkilatlar prinsipiallıq, adekvatlıq göstərməlidirlər. Amerikanın səfir təyin etməməsi sual və narahatlıq doğuran problemdir, bu da aydın məsələdir ki, seçki ilə bağlı deyil. İlk növbədə Azərbaycanın ABŞ-la münasibətlərində yaranan gərginliyin nəticəsidir. Son illər rəsmi Bakı anti - Qərb siyasəti nümayiş etdirir ki, bu da münasibətlərin yaxşı səviyyədə qalmasına xidmət etmir. Hiss olunur ki, Qərb ölkələrinin, ilk növbədə ABŞ – ın Azərbaycandakı vəziyyətlə bağlı narahatlığı artmaqdadır. Hər halda səfirlik işləməkdə
Arif Hacılı
davam edir.

Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı isə deyib ki, 2010–cu ildə Azərbaycanda ciddi dəyişikliklər ola bilər:

- ATƏT–in, Avropa Şurasının və Avropa İttifaqının bu sahədə fəallaşması təqdirəlayiq haldır. Düşünürəm ki, bu qurumlar Azərbaycanın onların qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməsi üçün təsirli tədbirlər görəcəklər. 2010–cu il Azərbaycanda ciddi dəyişikliklərin olması imkanlarını yaradacaq. Biz bu seçki kampaniyasına yalnız parlamentdə yer tutmaq, qanunverici hakimiyyət uğrunda mübarizə kimi yox, həm də ölkədə siyasi vəziyyətin əsaslı sürətdə dəyişilməsi imkanı kimi yanaşırıq. Ümid edirik ki, bu il Azərbaycanda keçirilən seçkilər 2003- cü ildə Gürcüstandakı seçkilər kimi ola bilər və Azərbaycan demokratiyaya doğru sıçrayış edə bilər. Son dövrlərdə hiss olunur ki, beynəlxalq birliyin Azərbaycana marağı artıb.

DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG