Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

Qırğızıstan müxalifəti parlamenti də tutub


BMT-nin baş katibi Ban Ki Mun Qırğızıstanda azı 17 nəfərin ölümü, təxminən 180 nəfərinsə yaralanmasından dərin narahatlıq bildirib.

Ban Ki Mun qan tökülməsindən qaçmaq üçün tərəfləri dialoq və sakitliyə çağırıb.

Həmçinin Avropa Birliyinin xarici məsələlər üzrə rəhbəri Ketrin Eşton ölkədə baş verənlərdən narahatlığını bildirib, bütün tərəfləri sakitliyə çağırıb.

Bu arada verilən məlumata görə isə müxalifət dövlət televiziyasının ardınca parlament binasını də zəbt edib.

Müxalifət fəalı İsa Omurkulov həbs edilmiş bütün müxalifətçilərin azad olunduqlarını xəbər verir.

Bu barədə daha ətraflı az sonra Kontekst proqramında

Günün bütün mövzuları

XS
SM
MD
LG