Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:17

Polis zabitlərini qətlə yetirməkdə təqsirləndirilənə ömürlük cəza istənilib


Aprelin 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə polis zabitlərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Sahib Həsənovun məhkəməsi keçirilib. Prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini istəyib.

Nardaran qəsəbəsinin sakini olan Sahib Həsənova qarşı irəli sürülmüş ittihama görə, o, 2006-cı ilin yanvar ayının 25-də Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları - polis kapitanı Rövşən Rəhimovu və polis leytenantı İlqar Ağayevi odlu silahla qətə yetirib.

Prokuror çıxışında qeyd edib ki, iki aya yaxın davam edən məhkəmə prosesində Sahib Həsənovun təqsiri sübuta yetirilib.

Aprelin 12-də məhkəmə iclasında vəkil müdafiə çıxışı edəcək və hökm elan olunacaq.
XS
SM
MD
LG