Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Qırqızıstanda 17 adamın öldüyü xəbər verilir


Qırğızıstanın Səhiyyə Nazirliyi polislə nümayişçilər arasındakı toqquşmalarda azı 180 adamın yaralandığını xəbər verir.

Amma nazirliyin sözçüsü Yelena Bayalinova ölü sayı barədə bir şey deməyib.

Frans Press agentliyi isə nazirliyin digər rəsmisi Larisa Kachibeyovaya istinadla 17 nəfərin öldüyünü xəbər verir.

Kütlə dövlət televiziyasını ələ keçirdiyinə görə, bütün verilişlərin yayımı dayandırılıb.

Prezident Kurmanbek Bakiyev Bişkekdə fövqəladə vəziyyət rejimi elan edib.

Bakiyevin sözçüsü həmçinin Narın, Talas və Çuhişkala şəhərlərində fövqəladə vəziyyət rejimi tətbiq ediləcəyini bildirib.

Prezident Krmanbek Bakiyevi korrupsiya, siyasi təqiblər və söz azadlığını pozmaqda itiham edən müxalifət onun istefasını tələb edir.

Həmçinin müxalifət ölkənin digər şəhərləri- Oş, Narın, Talas və Tokmokda etiraz aksiyasına qalxıb.

Müxalifət fəalı İsa Omurkulov bu arada həbs edilmiş bütün müxalifətçilərin azad olunduğunu xəbər verir.

Avropa Birliyinin xarici məsələlər üzrə rəhbəri Ketrin Eşton ölkədə baş verənlərdən narahatlığını bildirib və bütün tərəfləri sakitliyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG