Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:24

Qırğızıstanda nümayişçilər daxili işlər nazirini döyüb


Qırğızıstanda nümayişçilər dövlət televiziyasını ələ keçirib, bütün verilişlərin yayımı dayandırılıb.

Prezident Kurmanbek Bakiyev Bişkek və ölkənin digər 3 bölgəsində fövqəladə vəziyyət rejimi elan edib.

Röyter agentliyi Bişkekdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş toqquşmada azı 5 nəfərin öldüyü xəbər verir.

Qırğızıstanın Səhiyyə Nazirliyi isə 4 nümayişçinin öldüyünü bildirib.

Toqquşma nümayişçilər prezident sarayını mühasirəyə almlş polis və əsgərləri yarıb keçmək istəyərkən baş verib.

Prezident Krmanbek Bakiyevi korrupsiya, siyasi təqiblər və söz azadlığını pozmaqda itiham edən müxalifət onun istefasını tələb edir.

Həmçinin müxalifət ölkənin digər şəhərləri- Oş, Narın, Talas və Tokmokda etiraz aksiyasına qalxıb.

AzadlıqRadiosunun müxbiri isə Talasda daxili işlər naziri Moldomusa Konqantiyevin polis şöbəsinin ətrafında döyüldüyünü xəbər verir.
XS
SM
MD
LG