Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13

Füzuli küçəsi sakinləri etiraz ediblər


Aprelin 7-də Bakının keçmiş Basin, indiki Füzuli küçəsinin sakinləri evlərinin sökülməsinə etiraz eləyiblər. Polis sakinlərdən üçünü Nəsimi rayon 21-ci polis bölməsinə aparıb.

Füzuli 69-da yaşayan Kəmalə Əliyeva AzadlıqRadiosuna bildirib ki, mənzillərdə adam olmasına baxmayaraq əraziyə gələnlər evləri uçurmaq istəyiblər. Sakinlər də buna etiraz eləyiblər.

Nəsimi rayon 21-ci polis bölməsindən isə AzadlıqRadiosuna bildiriblər ki, sakinlər qanunsuz piket keçirməyə cəhd göstəriblər və polisin qanuni tələblərini pozublar:

«Bölməyə gətirilən 3 nəfər isə hazırda izahat verir və onların saxlanıb-saxlanmaması barədə bölmə rəhbərliyi qərar verəcək».

Bakı Şəhər İcra Hakimiyyəti Milli Dram Teatrı ilə üzbəüz park salmaq niyyətindədir və bu ərazidəki evlərin sökülməsinə qərar verib. Sakinlər isə bunun qarşılığında verilən kompensasiya ilə razı deyillər.

Günün bütün mövzuları

XS
SM
MD
LG