Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09

Qırğızıstanda nümayişçilər televiziyanı ələ keçiriblər


Qırğızıstanda nümayişçilər iki televiziya stansiyasını ələ keçiriblər, dövlət televiziyası yayımı dayandırıb.

Prezident Kurmanbek Bakiyev Bişkek və ölkənin digər 3 bölgəsində fövqəladə vəziyyət rejimi elan edib.

Bişkekdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş toqquşmada azı 5 nəfərin öldüyü bildirilir.

Reuters 5, Associated Press isə azı 4 nəfərin öldüyünü xəbəv verir.

Toqquşma nümayişçilər prezident sarayını mühasirəyə almlş polis və əsgərləri yarıb keçmək istəyərkən baş verib.

Prezident Krmanbek Bakiyevi korrupsiya, siyasi təqiblər və söz azadlığını pozmaqda itiham edən müxalifət onun istefasını tələb edir.

Həmçinin müxalifət ölkənin digər şəhərləri- Oş, Narın, Talas və Tokmokda etiraz aksiyasına qalxıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG