Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:36
20-ci əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, dramaturqu Cəfər Cabbarlının indiyədək heç yerdə adı açıqlanmayan romanı üzə çıxıb.

Bu barədə Lent.az-a dramaturqun nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı məlumat verib.

Onun sözlərinə görə, “Kazım bəy” adlanan bu romanı Cabbarlı 13 yaşı olanda yazmağa başlayıb. Lakin tamamlamayıb.

Ərəb əlifbası ilə yazılan romanın əlyazması Teatr Muzeyində saxlanılır.

Dramaturqun ilk və son romanı olduğu güman edilən bu əsər üzərində hazırda elmi araşdırma aparılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG