Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:14

Bişkekdə fövqəladə vəziyyət elan edilib


Bişkekdə fövqəladə vəziyyət elan edilib. Bu xəbərdən əvvəl Bişkekdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş toqquşmada azı 5 nəfərin öldüyü bildirilib.

Toqquşma nümayişçilər prezident sarayını mühasirəyə almış polis və əsgərləri yarıb keçmək istəyərkən baş verib.

«Reuters»in fotoqrafı Bişkekin mərkəzi meydanında 5, «Associated Press» isə azı 4 nəfərin öldüyünü xəbər verir.

Yerli xəstəxanalara azı 6 nəfərin güllə yarası ilə daxil olduğu bildirilir.

Prezident Kurmanbek Bakiyevi korrupsiya, siyasi təqiblər və söz azadlığını pozmaqda itiham edən müxalifət onun istefasını tələb edir.

Həmçinin müxalifət ölkənin digər şəhərləri - Oş, Narın, Talas və Tokmokda etiraz aksiyasına başlayıb.

Omurbek Tekabayev və Almazbek Atambayev də daxil olmaqla bir neçə müxalifət liderinin həbs olunduğu xəbər verilir.

Baş prokuror onlara qarşı ciddi ittiham irəli sürüldüyünü deyir.
XS
SM
MD
LG