Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:06

Qırğız müxalifətçilərinə atəş açılıb


Bişkekdə təhlükəsizlik qüvvələri prezident iqamətgahını əhatəyə alan nümayişçilərə atəş açıb.

Xəstəxanaya azı 6 nəfərin güllə yarası ilə daxil olduğu bildirilir. Lakin bu xəbər rəsmi mənbədən təsdiqlənməyib.

Müxalifət tərəfdarları bu gün prezident Qurmanbey Bakiyevin iqamətgahını əhatəyə alıb. Onlar binanı mühafizə edən polis və əsgərləri keçməyə çalışarkən atəş açılıb. Müxalifətçilər prezidentin istefasını tələb edir.

AzadlıqRadiosunun qırğız xidmətinin məlumatına görə nümayişçilər göz yaşardıcı qaz, rezin güllələrdən istifadə edən polislərə daş atıb.

Bu arada prokurorluq həbs olunmuş bəzi müxalifət liderlərini «ciddi cinayətlərdə» günahlandırıb. Dünən tutulan müxalifətçilər arasında Sosial Demokrat partiyasının lideri Almazbəy Atambayev və Ata-Meten partiyasının lideri Omurbey Tekebayev də var.

Müxalifətçilərin Talas, Tokmok, Oş şəhərlərində də toplaşdığı bildirilir.
XS
SM
MD
LG