Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:22

Əsir əsgər Azərbaycana qaytarılıb


Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənov bu gün Azərbaycana qaytarılıb.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda deyilir.

Komitə bildirir ki, əsirin azad edilməsi beynəlxalq təşkilatlarla aparılan danışıqlar nəticəsində baş verib. Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Rafiq Həsənov Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində Azərbaycana qaytarıb.

Rafiq Həsənov 2008-ci il oktyabrın 8-də Qazax rayonu ərazisində Ermənistan Respublikası hərbçiləri tərəfindən əsir götürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG