Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:28

ATƏT, AŞ, AB parlament seçkilərinə dair planlarını açıqlayıb


ATƏT, Avropa Şurası və Avropa Birliyi parlament seçkilərinin təşkilində Azərbaycana kömək üçün birgə planlarını təqdim ediblər.

Birgə bəyanatda təşkilatların nümayəndələri- Bilgə Cankorel (ATƏT), Veronika Kotek (AŞ), Roland Kobia (AB) bildiriblər ki, seçki prosesi bu təşkilatların Azərbaycanda işi üçün, həmçinin beynəlxalq birliyin üzvü olan Azərbaycan üçün mühüm prioritet təşkil edir.

Üç Avropa təşkilatı Azərbaycanı beynəlxalq müşahidəçilərin əvvəlki seçkilərdə qeyd etdiyi nöqsanları aradan qaldırmaqda davam etməyə təşviq edir, bildirir ki, bu səyləri dəstəklənməyə hazırdırlar.
Onların yardımı aşağıdakı məsəllərə yönələcək: seçki administrasiyası və digər müvafiq iştirakçıların bacarıq və müstəqilliyin gücləndirilməsi, bütün namizədlərin seçki kampaniyalarını müstəqil, qərərsiz və plüralist tərzdə işıqlandırılmasını təmin edə biləcək media mühitinin dəstəklənməsi; toplaşmaq azadlığının lazımı qaydada həyata keçirilməsinin təşviqi və seçki prosesində qadınlar da daxil olmaqda ictimaiyyətin marağı və iştirakının stimullaşdırılması.

Günün bütün mövzuları

XS
SM
MD
LG