Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:18
AXCP sədri Əli Kərimli prezident İlham Əliyevə öz bloqunda müraciət edib. O yazır ki, «The Washington Post»dakı yazısı hakimiyyətdəkiləri özündən çıxaran son təkan olub. AXCP sədri «The Washington Post»da ötən həftə dərc olunmuş məqaləsində prezident İlham Əliyevin hakimiyyəti atasından miras aldığını, seçkilərin saxtalaşdırıldığını, müxalifətin əzildiyini yazırdı.

AXCP sədri prezidentə müraciətində bu günlərdə bloquna haker hücumundan bəhs edir, yazır ki, «ölkəmizin ictimai-siyasi həyatına qara piar da İlham Əliyevlə birlikdə 2003-cü ildən gəlib. Görünür tərəfdarlarının vəd etdiyi «islahatlar» elə bundan ibarət imiş».

«Azərbaycan iqtidarı mənəvi terrordan rəqiblərini və tənqidçilərini susdurmaq üçün istifadə edir. Adamları şantaj edirlər ki, həqiqətləri davamlı şəkildə desəniz, yazsanız, sizi söydürərik. Mənim özümün susdurulmağım üçün nələri etməyiblər? Nəticə əldə etməyiblər və heç vaxt da əldə edə bilməyəcəklər»,

Əli Kərimli İlham Əliyevə xitabən bildirir ki, iqtidarı qorumaq üçün səyləri əxlaq çərçivəsində də həyata keçirilə biləcəyi mümkündür:

«Sizə növbəti dəfə təklif edirəm ki, mənimlə siyasi mübarizəni kişi kimi aparın. Başa düşün ki, söyüşün 2 başı var. Bumeranq kimi qayıdıb söyənə və söydürənə dəyir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG