Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55

Əsir əsgər bu gün Azərbaycana qaytarılacaq


Ermənistanın əsir götürülmüş Azərbaycan əsgərini aprelin 7-də Azərbaycana qaytaracağı gözlənilir.

Ermənistanın informasiya agentlikləri ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib ki, hərbi əsir - Rafiq Rəhman oğlu Həsənov saat 12-də Ermənistan-Azərbaycan sərhədinin Erasxavan-Sədərək sahəsində Azərbaycana tərəfinə təhvil veriləcək.

Azərbaycanın Müdafiə nazirliyinin mətbuat xidməti isə əsirin geri qaytarılması ilə bağlı məlumatsız olduqlarını bildirib.

Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Həsənov 2008-ci il oktyabrın 8-də Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG