Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:49

Polis müxalifətçiləri tutduqları binadan çıxardı


Qırğızıstan polisi Talas şəhərindək icra hakimiyyəti binasına hücum edib və binanı tutan müxalifətçiləri ordan çıxarıb.

Qırızıstanın baş naziri Daniyar Usenov bildirib ki, 200-ə yaxın polislə əməliyyat keçirilib və 3 minə yaxın müxalifət tərəfdarının əhatəyə aldığı binanın azad olunması zamanı gözyaşardıcı qazdan istifadə eləməli olublar.

Müxalifətdən olan etirazçılar bu gün yerli icra hakimiyyəti binasını tutmuşdular. Röyters agentliyi binada olan müxalifətdəki Ata-Meken partiyasının şəhər təşkialtının sədri Koisun Kurmanaliyevaya istinadən icra hakimiyyətinin tutulması, icra hakiminin isə girov götürülməsini xəbər vermişdi.

Son vaxtlar müxalifət prezident Kurmanbek Bakyevi medianı sıxışdırmaq və demokratiyanl boğmaqda ittiham edir. Aprelin 7-də bütün ölkəboyu istefa tələbiylə etiraz aksiyaları təyin edilib.
XS
SM
MD
LG