Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:55

Azərbaycan və Türkiyə qaz danışıqlarını davam etdirməli və razılığa gəlməlidir


“Azərbaycan və Türkiyə qaz danışıqlarını davam etdirməli və razılığa gəlməlidir. Lakin bunun olmamasını Nabucco layihəsinin reallaşması üçün ciddi maneə hesab etmirik”.

AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, bütün tranzit şərtləri ötən ilin iyul ayında Ankarada imzalanan hökumətlərarası sazişdə öz əksini tapıb:

“Razılaşma bütün tranzit və texniki şərtləri əhatə edir. Əlbəttə, Azərbaycanla Türkiyənin satılan qazın qiyməti və həcmi ilə əlaqədar ikitərəfli razılaşmaya gəlməsi yaxşı olardı. Lakin biz bunu Nabucco layihəsinin reallaşması üçün ciddi maneə hesab etmirik”.


Günün bütün mövzuları

XS
SM
MD
LG