Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

“AB-nin Nabucco layihəsinə dair konfrans keçirmək niyyəti var”


Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia belə bir niyyətin olduğunu bildirib. Bununla belə AB-nin rəsmisi konfransın nə zaman və harada keçiriləcəyini dəqiq bilmədiyini deyib.

Kobia qeyd edib ki, “kənardan hiss olunmasa da Nabucco ilə bağlı, layihənin təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb”.

"Şərq tərəfdaşlığı” - Avropa Birliyi və Azərbaycan arasında mühüm siyasi sənəddir deyən R. Kobia həm də əlavə edib ki, bu, bir tərəfdən AB ilə Azərbaycan arasında siyasi dialoqu, digər tərəfdən iqtisadi inteqrasiyanı dərinləşdirməyə imkan verir:

“Biz Şərq Tərəfdaşlığı ilə yanaşı Azərbaycanla iki istiqamətdə danışıqlar aparmaq istəyirik: Birinci assosiasiya razılaşmasına dair, ikincisi azad ticarət məkanının qurulması barədə”.

XS
SM
MD
LG