Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:46

Türkiyə geri çağırdığı ABŞ-dakı səfirini yenidən Vaşinqtona göndərdi


Nümayəndələr Palatasanın Xarici Əlaqələr Komitəsinin erməni soyqırımı adlı sənədi qəbul etməsindən sonra etiraz əlaməti olaraq geri çağrılan Türkiyənin ABŞ-dakı səfiri yenidən vəzifəsinə qayıdır.

Səfir Namik Tan hava limanında jurnalistlərə deyib ki, artıq ABŞ_a qayıtmağın vaxtı çatıb, çünki Vaşinqton Ankaranın vermək istədiyi mesajı artıq anlayıb.

Türkiyə “erməni soyqıımı” iddialarını qəbul etmir və Obama administrasiyasına müraciət edib ki, nümayəndələr palatasında bu cür sənədlərin səsverməyə çıxarılmasının qarşısını almaq üçün lazım olan tədbirləri görsünlər.

ABŞ Dövlət Katibi Hillari Klinton bildirib ki, o inanmır ki, Konqresin hansısa palatası bu qətnaməni müzakirəyə çıxarsın.
XS
SM
MD
LG