Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:58
Əhməd Məmmədov

"YADPLANETLİLƏR AZƏRBAYCANDA"

(Fantastik hekayə - Əsəbləri zəif olanlardan xahis olunur ki, oxumasinlar)

Fantastik hekayə.
(Əsəbləri zəif olanlardan xahis olunur ki, oxumasinlar)


Elçin dükanda oturub skanvord hәll edirdi.

Artıq günorta olurdu, ancaq heç düz-әmәlli bir alver olmamışdı. Son vaxtlar belә vәziyyәt daha tez-tez yaranırdı, axşama qәdәr 50-60 manat pul yığılmırdı.

Odur ki, Elçin son zamanlar skanvorda qurşanmışdı.

Artıq piştaxtanın altı köhnә qәzetlәrlә dolu idi.

Bu gün yenә o, tәzә aldığı skanvordla mәşğul idi. Bu zaman dükana әlindә köhnә, qara rәngli bazar çantası olan qoca bir kişi daxil oldu, o, Elçinә yaxın gәlib sakit sәslә soruşdu:

- Oğul, xalis bal var, almaq istәmirsәn?

Elçin dә artıq nәzәrlәrini skanvorddan ayırıb bu orta boylu, dolu bәdәnli qocaya baxırdı vә onun müştәri olduğunu zәnn edirdi. Qoca deyәndә ki, bal satır Elçin әdәblә dillәndi:

- Yox ay dayı, lazım deyil, Allah bazarını versin, apar o birisi dükanlara...

- Ayaqlarım daha mәni aparmır, ay oğul, sәhәrdәn bu iki kilo balı alan yoxdu, – deyә qoca şikayәtlәndi vә mәyus halda çevrilib dükandan çıxmaq istәdi. Elçin onun bu sözlәrini eşidәndә qәzeti kәnara qoyub yerindәn qalxdı vә qocanı getmәyә qoymadı.

- Dayan, ay dayı, - o, dedi, - neçәyә verirsәn balı?

- On manata, oğul, - qoca ayaq saxlayıb Elçinә tәrәf çevrildi.

- Mәnә ver, - Elçin bunu deyib әlini cibinә saldı.

Qoca piştaxtaya yaxınlaşıb çantanı onun üstünә qoydu vә ordan ağzı plastmas qapaqla bağlı bir banka çıxardı.

- Oğul, әla baldı, bir dadına bax, - qoca bunu deyib bankanın ağzını açmağa çalışdı.

Lakin Elçin ona imkan vermәyib bankanı onun әlindәn aldı vә pulu ona uzatdı. Qoca sevinә-sevinә pulu ondan alıb bir neçә dәfә ona, “sağ ol, Allah cibini dolu elәsin”, dedi vә çantasını götürdü. Elçin isә heç bankanın ağzını belә açıb yoxlamadı vә onu piştaxtanın altında gizlәtdi.

- Sәn dә sağ ol, ay dayı, - dedi, - yәqin ki, yaxşı baldı, uşaqlar evdә yeyәrlәr... – Bunu deyib Elçin nә isә fikirlәşdi vә piştaxtanın arxasından çıxdı.

- Bәlkә bir stәkan da çay içәsәn?

- Oğul, sәnin başına dönüm, içәrdim ey, ancәq sәnә әziyyәt olar...- qoca minnәtdarlıqla onun üzünә baxdı.

- Otur, - Elçin әrklә ona burda qoyulmuş kresloların birindә yer göstәrdi, - heç bir әziyyәti yoxdur! – dedi vә bayıra çıxıb ucadan çayçı oğlanı sәslәdi: - Qarabala, bura iki dәnә çay gәtir!

Qoca Elçinә alqış edә-edә kresloda yerini rahatlayıb oturdu vә mehriban nәzәrlәrlә Elçinә baxdı. “ – Nә mәrifәtli gәncdir bu?! – deyә qoca düşündü. – İnsanların hamısı belә olsaydı dünyanın nә dәrdi olardı?! ...Necә dә kefim açıldı!?”

Elçin qayıdıb onunla üzbәüz oturdu vә stolun üstündәki dominonu qutusuna yığa-yığa qocadan soruşdu:

- Һarda olursan, ay dayı?

- Kәrpiçlidәnәm, oğul, adım da Tapdıq kişidir...- qoca cavab verdi.

- Һә, Kәrpiçlini eşitmişәm, - Elçin dedi vә әlavә elәdi. – Sizin yerlәri çox sәfalı yerlәr söylәyirlәr...

- Bizim yerlәr cәnnәtdi, oğul, - Tapdıq kişi onun sözlәrini tәsdiqlәdi, - dağları, meşәlәri, bulaqları... harda var belә yerlәr?... Di gәl ki, yiyәsi yoxdur...

- Bal da ora balıdır?

- Bәs nә!?

- Özün düzәldirsәn?

- Yox, oğul, mәn daha qocalmışam, 71 yaşım var, - Tapdıq kişi dәrindәn nәfәs alıb dedi. – Bizim kәnddә bir topal Aslan var, bәlkә eşitmiş olarsan, o, beş-on pәtәk arı saxlıyır, onun balıdır.

Özü şәhәrә gәlә bilmir, ona görә dә şәhәrә gәlәn olanda bir-iki banka ucuz qiymәtә verir ki, apar sat, nә qazanarsan, qazanarsan...

Mәn dә artıq neçә illәrdir pensiyadayam, kәnddә iş yox, güc yox... sәhәrdәn axşama kimi evdә oturmaq mәni tәngә gәtirdi, dedim bir banka da mәn götürüm aparım şәhәrә, bәlkә satam...

- Yaxşı elәmisәn – Elçin dedi, - nә edәsәn, indi hamının vәziyyәti ağırdır... Һәrә bir yerdәn dolanır...

- Bu dükan sәnindirmi? – Tapdıq kişi dükana nәzәr salıb soruşdu.

- Atamındır, ancaq mәn işlәdirәm...- Elçin dedi.

- Allah atanın canını sağ elәsin, oğul, - Tapdıq kişi ürәkdәn dedi. – Üzünә demәk olmasın, yaxşı oğul böyüdüb...

- Sağ ol, Tapdıq dayı, - Elçin ona tәşәkkür elәdi.

Bu zaman qara, qıvrımsaç bir yeniyetmә dükana daxil oldu vә podnosda gәtirdiyi çayları, qәndi onların qabağındakı balaca stolun üstünә qoydu. Tapdıq kişi әlini cibinә saldı ki, çayın pulunu versin. Lakin Elçin ona imkan vermәdi:

- Һeç nә lazım deyil, Tapdıq dayı, mәn sәni qonaq edirәm...

- Oğul, adını da bilmirәm, sәn mәni utandırma,- Tapdıq kişi bayaq Elçindәn aldığı pulu cibindәn çıxardı.

Qarabala işin nә yerdә olduğunu başa düşüb pulu almadan çevrilib çıxıb getdi. Tapdıq kişi pulu qaytarıb cibinә qoydu vә bir qәdәr incimiş halda dedi, - nahaq qoymadın çayın pulunu verim, ay oğul, yaxşı deyil axı...

- Xәtası yoxdur, Tapdıq dayı, çayını iç, yornuğun çıxsın... – Elçin dedi vә әlavә elәdi, - sәni görәndә rәhmәtlik babam yadıma düşdü, sәn ona çox oxşayırsan..., o da deyirdi ki, ayaqlarım mәni aparmır...

- Allah babana rәhmәt elәsin, a bala... adını da bilmirәm...

- Elçindir, Tapdıq dayı...

- Elçin...Elçin... yaxşı addı - Tapdıq kişi dedi vә soruşdu: -Kim idi baban, nә işlә mәşğul olurdu?

- Dәmir yolunda işlәyirdi, adı da Şәrif idi. Çoxdan rәhmәtә gedib, mәn hәlә mәktәbdә oxuyurdum – Elçin dedi.

- Allah rәhmәt elәsin babana...

- Sağ ol, Tapdıq dayı...

- Dәmir yolunda nә işi görürdü baban?

- Vaqonları-zadı yoxlayırdı...

Tapdıq kişi bir qәdәr fikrә gedib dedi:

- Yox, heyf ki, mәn belә adam tanımırdım...- Sonra yenә Elçinin babasına rәhmәt oxuyub alqış elәdi, – Allah yerindә qalanlarını sağ-salamat elәsin...!
- Sağ ol, Tapdıq dayı, - Elçin yenә ona tәşәkkür elәdi.

...Elçin axır vaxtlar tez-tez babası haqqında düşünürdü, daha doğrusu babasının o vaxtlar dediyi sözlәr indi onun diqqәtini cәlb edirdi. Babası elә hey o dünyadan danışırdı, cәnnәtdәn, cәhәnnәmdәn söz salırdı.

Bir dәfә isә sәhәr yuxudan oyanıb dedi ki, Allahı yuxuda görübdü.

Elә hәmin gün, o, kiçik oğluna, Elçinin kiçik әmisinә demişdi ki, onu maşınla mәcsidә aparsın. İlk dәfә idi ki, babası yuxunun tәsiri ilә mәcsidә gedirdi, әvvәllәr onda belә şey olmamışdı.

Bu hadisәdәn sonra babası çevrilib әmәlli başlı dindar olmuşdu, dini bayramların hamısını qaydasınca qeyd edirdi.

Elçinin babasını yadına salmağın başqa sәbәbi dә vardı.

O, bu yaxınlarda “Һәyatdan sonra hәyat” kitabını oxumuşdu. Amerikalı alimin bu kitabı onu çox maraqlandırmışdı, belә ki, müәllif hәqiqәtәn o dünyanın mövcud olduğundan, bәzi adamların isә onu, o dünyanı öz gözlәri ilә gördüyündәn yazırdı.

Elçin vaxtı ilә babasının da bu fikirdә olduğunu yada salıb fikrә getmişdi.

Doğurdanmı o dünya var? – deyә özü-özünә sual etmişdi. Axı, ateist sovet tәbliğatı o dünyanın cәfәngiyyat olduğunu söylәyirdi, bu müәllif isә yazırdı ki, dini kitablar düz deyirlәrmiş, o dünya var...

İndi Elçin bütün bunları fikirlәşib bu qәrara gәldi ki, bu babasına oxşayan Tapdıq kişi ilә bu haqda söhbәt elәsin. Onsuz da alver yox idi, yenә boş-boşuna skanvord hәll etmәkdәnsә bu qocanın fikrini dinlәyәrdi, - qocaların әksәriyyәtinin bu haqda maraqlı fikirlәri olur.

Һәm dә qoca çox yorğun idi, oturub burda dincәlәrdi...

- Babam axır vaxtlar çox dindar olmuşdu, Tapdıq dayı, - Elçin sözә başladı. - Cәnnәtә dә, cәhәnnәmә dә inanırdı. Atam söylәyirdi ki, kişi cavanlığında heç belә deyildi, axır zamanlar belә dindar olubdu...

Bir dәfә yenә babamdan söz düşәndә, o, dedi ki, burda qәribә heç nә yoxdur, qocalanda hamı dindar olur...

Elçinin bu mövzuda söz açması Tapdıq kişini ürәyincә oldu.

Ona görә ki, onun da bu haqda danışası çox sözü vardı! Bu yaxınlarda o, qeyri-adi bir hadisә ilә rastlaşmışdı vә bu hadisә ona çox tә`sir elәmişdi. İndi bu istiqanlı gәncin belә söhbәt elәmәsi onu sevindirdi.

- Düz deyir atan, oğul! – dedi. – Allahı tanımayana nәhlәt!

İnsan yaşa dolduqca onun tәcrübәsi daha da çoxalır, istәr-istәmәz başa düşür ki, bu dünya öz-özünә yaranmayıb, bu dünyanın sahibi var, yaradanı var!

Bәs necә!? Elә mәn özüm dә cavan olanda hәr saat Allah haqqında düşünmürdüm, yaşa dolanda isә dәrk elәdim ki, bizi kim isә yaradıb...

- Tapdıq dayı, bax sәn özün şәxsәn o dünyanın olduğunu hiss edirsәnmi? – deyә Elçin ondan soruşdu. – Babam sağ olanda tez-tez belә söhbәtlәr edirdi, ancaq mәn onda heç nә başa düşmürdüm deyә bu söhbәtlәr mәnә maraqlı gәlmirdi.

Necә olur ki, sәn o dünyanın olduğuna inanırsan!?

Mәn nә qәdәr fikirlәşsәmdә bunu dәrk edә bilmirәm, ey! Bәlkә yuxuda görürsәn? Bir dәfә rәhmәtlik babam dedi ki, Allahı yuxuda görübdür... - sәn yuxulara da inanırsan?

- ...Mәn yuxulara da inanıram, oğul, elә bu yuxular da Allahın, o dünyanın varlığından xәbәr verir...- Tapdıq kişi bunu deyib nәdәnsә susdu, elә bil nә isә vә ya kim isә onu qorxutdu. – Kaş bilәydin, mәn bir ay bundan әvvәl necә qorxulu bir yuxu gördüm...

Onu görәndәn sonra mәnim Allaha inamım daha da çoxaldı, onun varlığına şәkki-şübhәm qalmadı...

- Necә yuxu idi? – Elçin maraqla ondan soruşdu.

- Mәn hәlә onu heç kimә danışmamışam... – Tapdıq kişi ehtiyatla dedi.

- Cin-şeytan yәqin görmüsәn, hә?

- Yoox, cin-şeytan deyildi... ancaq yaman qorxulu idi...- Tapdıq kişi tәrәddüdlә Elçinә baxdı. Fikirlәşdi ki, bu yuxusunu ona danışsın, ya yox? – Vallah, oğul, ehtiyat edirәm, qorxuram sәnә pis tә`sir edәr...

- Arxayın ol, Tapdıq dayı, qorxmaram, danış, burda nә var ki, yuxudur dә...

- Allah, sәn özün kömәk ol! – Tapdıq kişi әllәrini yuxarı qaldırıb Allahı

kömәyә çağırdı vә sözә başladı – Gecә idi, oğul, yatmışdım, bir dә eşitdim ki, küçә qapısı döyülür... Gözlәrimi açdım vә qulaq asmağa başladım ki, görüm doğurdanmı qapı döyülür, yoxsa yanılmışam?

ARDINI BURDA OXU

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG