Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:51

Avropa Birliyinin iki rəsmisi Azərbaycana gəlir


Aprelin 9-da Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle Azərbaycana gələcək. Bir gün davam edəcək səfər zamanı onun xarici işlər naziri, iqtisadi inkişaf naziri, neft-qaz sənayesi rəsmiləri, vətəndaş cəmiyyəti, siyasi partiyaların liderləri ilə görüşəcək, məcburi köçkünlərin yaşadığı yerlərə baş çəkəcək.

Bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib. Səfir bildirib ki, bu, AB-nin məcburi köçkünlərin vəziyyətindən narahat olduğuna dair humanitar mesajdır.

Ş. Fülenin Bakıda keçirəcəyi görüşlərdə AB ilə Azərbaycan arasında insan haqları, assosiativ razılaşma, əməkdaşlığın genişləndirilməsi, enerji və s. məsələlər diqqətdə olacaq.

Bu Ştefan Fülenin komissar kimi Cənubi Qafqaza ilk səfəridir.

Gələn həftə isə AB-nin ikinci enerji məsələləri üzrə komissarı Günter Ottingerin Azərbaycana səfəri gözlənilir.
Aprelin 14-də Bakıya gələcək komissar prezident İlham Əliyev, XİN Elmar Məmmədyarov, Sənaye və Energetika naziri Natiq Əliyev və Dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev ilə görüşəcək. Görüşlərdə «Cənub Dəhlizi» və «Nabucco» qaz kəməri layihələri müzakirə olunacaq.

Rolan Kobianın sözlərinə görə bu səfər Azərbaycanın Avropa Birliyi üçün nə qədər önəm daşıdığını nümayiş etdirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG