Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:09

Avropa Birliyi Türkiyə-Ermənistan münasibətlərinə yardım eləmək istəyir


Avropa Birliyi Türkiyəni Ermənistanla münasibəltəri normallaşdırmaq üçün daha fəal olmağa çağırıb. Birliyin Genişlənmə komissarı Stefan Fule Ermənistan paytaxtı Yerevanda olarkən belə deyib.

Fülenin sözlərinə görə, Avropa Birliyinə üzv olmaq istəyən istənilən ölkə üçün qonşularıyla yaxşı münasibətlərdə olması çox önəmlidir. Və Avropa Birliyi Ankarayla Yerevanın son vaxtlar dayanmış görünən yaxınlaşmaq prosesini fəallaşdırmaq üçün hər iki tərəfə yardım etməyə çalışacaq.

Ermənistan və Türkiyə ötən ilin oktyabrında sərhələrin açılması və münasibətlərin normallaşdırılması ilə bağlı protokollara imza atsalar da, protokollar hələ ratifikasiya edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG