Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:02

Ermənistanda qoyun ətini hər adam ala bilmir


Hökumət ölkədəki qoyunların sayını artırmaq üçün martın 16-dan qoyun ixracına qadağa qoyub

Hökumət ölkədəki qoyunların sayını artırmaq üçün martın 16-dan qoyun ixracına qadağa qoyub

82 yaşlı Usup Amaryan bu yaz öz qoyunlarını yaylağa qaldırmayacaq. Çünki o da yezidi çobanların çoxu kimi keçən il qoyunların hamısını İrana satıb. İndi daxili bazarda qoyunun qiymətinin baha olmasına görə isə mal-qara ehtiyatını artıra bilmir:

«Həyatım boyu belə vəziyyətə düşməmişdim. Hansısa yezidi də belə vəziyyətdə görməmişdim. Qoyunlarını satan yezidlərin çoxu Ermənistanı tərk edib».

Yerevandan 15 km. aralıda yerləşən Zavoi kəndindəki həyətində Usup Amaryanın təkcə iti qalıb.

Yezidilər Ermənistanın kürd dilində danışan ən böyük etnik azlığıdır. Onlar 1820-ci illərin sonlarında Türkiyədən gəliblər. Əsasən qoyunçuluqla məşğul olurlar. Pendir və yun istehsalı ilə məşğul olublar. 2009-cu ildə qonşu İrana qoyun satmaqla yezidilər böyük gəlir götürüblər. Ondan sonra Ermənistanda qoyunların sayı azalıb, qiyməti qalxıb. 50-60 dollara satılan qoyunun qiyməti indi 165 dollardır.

QOYUNLARINI SATDI VƏ İŞSİZ QALDI

Ermənistan və Dünya Yezidiləri İttifaqının rəhbəri Əziz Tamoyan deyir ki, qoyun yetişdirmək çox vaxt aparır:

«Toxum deyil ki, əkəsən, çıxa».

Tamoyan deyir ki, Ermənistanın 42 min nəfərlik yezidi icması qoyunlarının 90 faizini İrana satıblar. İndi də işsiz qaldıqları üçün Ermənistanı tərk edirlər.

Yerevanın mərkəzindəki ət dükanlarında da qoyun ətinin qiyməti qıtlıqdan xəbər verir. İndi qoyun ətinin bir kilosu 10 dollardır. Ötən il isə qiymət 5 dollardan aşağı idi. Qəssablar deyirlər ki, indi qoyun əti delikatesə çevrilib, hər adam ala bilmir.

Hökumət isə ölkədəki qoyunların sayını artırmaq üçün martın 16-dan qoyun ixracına qadağa qoyub. Gürcüstan və Rusiyadan başqa, Almaniya və Avstriyadan da qoyun alacaqlarını bildirib. 30 yaşlı yezidi isə deyir ki, qoyunsuz yezidi yaşaya bilməz, ona görə də ölkəni tərk etməkdən başqa çarəmiz qalmayıb.

«HEÇ KİM ONLARI QOYUNLARI SATMAĞA MƏCBUR ETMƏMİŞDİ»

Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi isə bildirir ki, günah yezidilərin özündədir. Hazirliyin departament rəhbəri Aşot Havanesyan deyir ki, yezidilərin şikayətləri əsassızdır:

«Heç kim onları qoyunları satmağa məcbur etməmişdi».

Nazirik indi xaricdən alacağı qoyunları çobanlara vermək, pulunu isə 3 il ərzində almağı planlaşdırır. Bəzi yezidi çobanlarsa deyirlər ki, hökumət xəlvətdə qoyunları İrana satmaqda davam edir. Hökumət isə deyib ki, İrana iribuynuzlu mal-qara satacaq. Bu xəbər Yerevan bazarlarında mal ətinin qiymətinin 35 faiz artmasına səbəb olub. İndi Ermənistanda mal ətinin bir kilosu 6 dollara satılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG