Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:27

31 dindarın məhkəmə istintaqı yekunlaşdı


Aprelin 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə təqsirləndirilən 31 azərbaycanlıdan ibarət dəstənin məhkəməsi davam edib. Hakim Azər Orucov məhkəmə istintaqının yekunlaşdığını elan edib. Prokuror çıxış üçün aprelin 20-dək vaxt istəyib. Həmin tarixdən məhkəmə çıxışlarına başlanılacaq.

Dəstə üzvləri qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratmaqda, terrorçuluğa cəhddə, qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etməkdə və həmin qurğuları hazırlamaqda, quldurluqda, silah qaçaqmalçılığında, qəsdən adam öldürməyə cəhddə, qanunsuz yolla avtomobil ələ keçirməkdə, dövlət sərhədini qanunsuz keçməkdə, narkotik vasitələrdən istifadədə təqsirləndirilirlər.
XS
SM
MD
LG